Bəhreyndə üç nəfər İranın xeyrinə casusluğa görə ömürlük həbs edilib

Digər ölkələr
  • 14 iyul, 2026
  • 18:56
Bəhreyndə üç nəfər İranın xeyrinə casusluğa görə ömürlük həbs edilib

Bəhreyndə üç nəfər İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xeyrinə casusluq etdiklərinə görə ömürlük həbs cəzasına məhkum edilib.

"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Bəhreyn prokurorluğunun bəyanatına istinadən məlumat yayıb.

"Üç təqsirləndirilən şəxsə Bəhreyn Krallığına qarşı düşmənçilik və terror hərəkətlərinə kömək etmək və onun maraqlarına zərər vurmaq məqsədilə SEPAH və onun nümayəndələri ilə əlbir olmaq ittihamları irəli sürülüb", - bəyanatda bildirilib.

Telekanal qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri Tehranın əsas zərbəsini öz üzərinə götürən Fars körfəzi dövlətləri SEPAH ilə əlaqəli olduğu ehtimal edilən özəklərə qarşı mübarizəni gücləndiriblər.

44 - Tezliklə