Bəhreyn İranla hava əlaqələrini dayandırır

Digər ölkələr
  • 05 yanvar, 2016
  • 16:50
Bəhreyn İranla hava əlaqələrini dayandırır

Bakı. 5 yanvar. REPORT.AZ/ Bəhreyn İranla hava əlaqələrini tamamilə kəsir.

"Report"un verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi "əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.

Bəhreyn bu addımı yanvarın 4-də Səudiyyə Ərəbistanın ardınca İranla diplomatik əlaqələri kəsdikdən dərhal sonra atıb.