BƏƏ və Yunanıstanda koronavirusa yoluxanların sayı artdı

Digər ölkələr
  • 10 mart, 2020
  • 11:40
BƏƏ və Yunanıstanda koronavirusa yoluxanların sayı artdı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yunanıstanda koronavirusa yoluxanların sayı məlum olub.

“Report” xəbər verir ki, bunu hər iki ölkənin səhiyyə nazirlikləri açıqlayıb.

Məlumata görə, BƏƏ-də 15, Yunanıstanda isə daha 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Beləliklə, koronavirus daşıyıcılarının sayı BƏƏ-də 74-ə, Yunanıstanda isə 89-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 814-ə çatıb. Bunların 64 277 nəfəri sağalıb, 4 031 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

44 - Tezliklə