BƏƏ-nin Əfqanıstandakı səfiri terror hücumu zamanı aldığı yaralardan vəfat edib

Digər ölkələr
  • 15 fevral, 2017
  • 12:05
BƏƏ-nin Əfqanıstandakı səfiri terror hücumu zamanı aldığı yaralardan vəfat edib

Bakı. 15 fevral. REPORT.AZ/ BƏƏ-nin Əfqanıstandakı səfiri Cumaa Əl-Kaabi bu ilin yanvar ayında Qəndəharda törədilən terror aktı zamanı aldığı yaralardan vəfat edib.

"Report" WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Prezident İşləri İdarəsindən bildirilib.

Xatırladaq ki, yanvarın 10-da Qəndəharda baş verən partlayış nəticəsində 11 nəfər həlak olub, 16 nəfər yaralanıb. Ölənlər arasında 5 BƏƏ diplomatı da olub. Bu ölkənin Əfqanıstandakı səfiri isə yaralanıb. Partlayış əmirlik diplomatlarının humanitar missiya ilə getdiyi Qəndəhar vilayətinin valisinin qonaq evində törədilib.

44 - Tezliklə