Bayden Rusiyanı BMT Nizamnaməsini pozmaqda ittiham edib

Digər ölkələr
  • 21 sentyabr, 2022
  • 17:05
Bayden Rusiyanı BMT Nizamnaməsini pozmaqda ittiham edib

“Rusiyanın hərəkətləri BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır”.

“Report” CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Prezident Putin (Rusiya Prezidenti Vladimir Putin-red) Avropaya qarşı açıq nüvə təhdidləri edib və nüvə silahının yayılmaması rejiminin öhdəliklərinə məhəl qoymadığını göstərib”, - o bildirib.