Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır
Digər ölkələr
- 13 oktyabr, 2024
- 12:14
ABŞ prezidenti Cozef Bayden gələn həftə Almaniyaya səfər etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Bayden əvvəlcə “Milton” qasırğası səbəbindən Almaniyaya planlaşdırılan səfərini ləğv edib. Bundan sonra Almaniyadakı “Ramşteyn” aviabazasında Ukrayna üzrə təmas qrupunun görüşü də təxirə salınıb.
ABŞ prezidentinin ölkə seçkiləri ərəfəsində Berlinə yüksək səviyyəli “vida” səfərinin planlaşdırılması Almaniya hökuməti və təhlükəsizlik qurumları daxilində artıq pərdəarxasında aparılır.
“Spiegel”in məlumatına görə, Baydenin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsla rəsmi görüşləri cari təqvimlə oktyabrın 18-nə planlaşdırılıb.
Son xəbərlər
12:44
Foto
İsrailli jurnalist Azərbaycana səfər təəssüratlarını bölüşüb: "Gözəlliyi ilə valeh edir"
Turizm12:39
Daşkənddə Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək
Xarici siyasət12:37
İtaliya qırıcısı tərəfindən Latviya üzərində PUA vurulub
Digər ölkələr12:35
Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxal xərcini 25 %-ə yaxın artırıb
Biznes12:35
Foto
Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edilib
Hadisə12:33
Çin Hindistandan təkrejimli optik lif idxalına antidempinq rüsumlarını daha beş il uzadıb
Digər ölkələr12:31
Azərbaycan millisinin basketbolçusu Ulaş Can Turğut "Neftçi"yə qayıdıb
Komanda12:25
"Azərişıq" Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir
Energetika12:24