Banqladeşin baş nazirinə məxsus təyyarə Aşqabadda təcili eniş edib
Digər ölkələr
- 27 noyabr, 2016
- 16:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 noyabr. REPORT.AZ/ Banqladeşin baş naziri Şeyx Hasin Vazedə məxsus "Boeing" təyyarəsi Türkmənistanın paytaxtı Aşqabad şəhərində təcili eniş edib.
"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarə Dəkkədən Macarıstanın paytaxtı Budapeştə uçurmuş. Lakin hava maşınında texniki nasazlıq yaranıb.
Hadisə zamanı heç bir sərnişin xəsarət almayıb. Xəbərdə hazırda bütün sərnişinlərin təhlükəsiz şəraitdə olduğu qeyd edilir.
Banqladeşin mülki aviasiya naziri Rəşid Xan Menonun sözlərinə görə, hadisə vaxtı təyyarənin göyərtəsində 99 sərnişin və 22 ekipaj üzvü olub.
Son xəbərlər
21:59
"Real" Tibo Kurtua ilə müqaviləni uzadır
Futbol
21:56
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya keçirilib
Xarici siyasət
21:52
Şaffer: Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi Ermənistanla sülhə yol açıb
Xarici siyasət
21:45
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Din
21:37
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Region
21:35
Pərviz Şahbazov: "Neft bazarının sabitliyi üçün tələb və təklif balansı mühümdür" – YENİLƏNİB
Energetika
21:25
Bəhreynin "Gulf Air" şirkəti Ər-Riyada uçuşları dayandırıb
Digər ölkələr
21:14
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika
21:06
Qrenlandiyada deputatların əksəriyyəti ABŞ ilə razılaşmanı dəstəkləyib
Digər ölkələr