Banqkokdakı partlayışının təşkilatçısının həbsi üçün mükafat 3 dəfə artırılıb
Digər ölkələr
- 21 avqust, 2015
- 20:52
Bakı. 21 avqust. REPORT.AZ/ Tailand hökuməti Banqkokdakı partlayışın təşkilatçısının həbs edilməsi üçün verilən məlumata görə mükafatı 3 dəfə artırıb. Partlayış nəticəsində 20 nəfər ölüb və 125 nəfər yaralanıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bir müddət əvvəl mükafatın məbləği 1 mln. bat olub (təxminən 28 min dollar). Bu gün həmin məbləğ 3 mln. bata (85 min dollar) qədər qaldırılıb.
Hökumət istintaqda irəliləyişin olduğunu bildirir, lakin təfərrüatları açıqlamır.
Xatırladaq ki, Banqkokda partlayış avqustun 17-si axşam saatlarında baş verib.
Son xəbərlər
22:26
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol22:24
Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Xarici siyasət22:18
Putin: Tramp Rusiya-Ukrayna münaqişəsini nizamlamaq cəhdlərini dayandırmır
Region22:09
KDR-də toy mərasimində yanğın olub, 22 nəfər ölüb
Digər ölkələr21:56
İran ordusu Hörmüz boğazında gəmilərə hücum edib
Region21:51
Livanın Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində 4 359 nəfər həlak olub
Digər ölkələr21:41
Foto
Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib
Fərdi21:25
Muxtar Babayev: Azərbaycan COP31-i güclü və etibarlı etmək üçün Türkiyənin yanındadır
Xarici siyasət21:24