​Pan Gi Mun: "Fələstin xalqına haqqını və ləyaqətini qorumaq imkanı verilməlidir"

Digər ölkələr
  • 03 iyun, 2015
  • 08:02
​Pan Gi Mun: Fələstin xalqına haqqını və ləyaqətini qorumaq imkanı verilməlidir

Bakı. 3 iyun. REPORT.AZ/ "Fələstin xalqının həyat şəraiti günü-gündən ağırlaşır".

"Report" BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, bunu qurumun baş katibi Pan Gi Mun Fələstin Qaçqınlarına Yardım Agentliyinin ("UNRWA") yaranmasının 65-ci ildönümünə həsr edilən tədbirdə bildirib.

"Fələstin qaçqınlarının yaşayış şəraitini bombardmanlar, embarqolar və qarışıqlıqlar daha dözülməz hala gətirib", - o deyib.

Pan Gi Mun vurğulayıb ki, Fələstin - İsrail münaqişəsi yalnız siyasi danışıqlar yolu illə həll edilməlidir: "Tərəflərin vaxt itirmədən müzakirələrə başlaması vacibdir".

Baş katibin sözlərinə görə, problemlə bağlı siyasi uzlaşma olmadığından fələstinlilərə humanitar yardım dəstəyi davam etməlidir: "Fələstin xalqına haqqını və ləyaqətini qorumaq üçün imkan verilməlidir. Onlar buna layiqdir".