Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb

Digər ölkələr
  • 15 oktyabr, 2025
  • 12:46
Bakıda İtaliya Mətbəxi Həftəsi başlayıb

Bakıda X Beynəlxalq İtalyan Mətbəxi Həftəsinin açılışı olub.

"Report" xəbər verir ki, tədbirlər İtaliyanın Azərbaycandakı səfirliyi və Bakıdakı İtaliya Ticarət Agentliyinin (ITA) dəstəyi ilə 14-20 oktyabr tarixlərində keçiriləcək.

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Cianfrançesko açılış mərasimində çıxışı zamanı bildirib ki, İtaliya Mətbəxi Həftəsi İtaliyanın Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub və təkcə Bakıda deyil, dünyanın bir çox ölkələrində keçirilir.

"Builki tədbirin mövzusu xüsusi əhəmiyyət kəsb edir: o, üç əsas elementi - sağlamlıq, mədəniyyət və innovasiyanı birləşdirir. Məhz bu aspektlər vasitəsilə italyan mətbəxi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmək üçün namizəd kimi nəzərdən keçirilir", - diplomat vurğulayıb.

Səfir xatırladıb ki, italyan mətbəxinin UNESCO-nun siyahısına daxil edilməsi təşəbbüsü 2023-cü ildə İtaliya XİN və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülüb (yekun qərarın 2025-ci ilin dekabrında qəbul ediləcəyi gözlənilir - red).

Azərbaycandakı İtaliya Ticarət Agentliyinin (ITA) direktoru Çeçiliya Oliva (Cecilia Oliva) iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib və Azərbaycan bazarının İtaliya məhsullarına olan marağını vurğulayıb.

Həftə çərçivəsində Berqamodakı üç Michelin ulduzlu "Da Vittorio" restoranının məşhur italyan şef-aşpazı Roberto Çerrea Bakıya dəvət olunub.

Açılış mərasimində o, italyan qastronomiyasını Azərbaycanda təqdim etmək üçün yaradılmış imkana görə minnətdarlığını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti