Bağdadda partlayış nəticəsində 7 nəfər ölüb, 14-ü yaralanıb

Digər ölkələr
  • 06 sentyabr, 2016
  • 02:57
Bağdadda partlayış nəticəsində 7 nəfər ölüb, 14-ü yaralanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında İraqın paytaxtı Bağdad şəhərində törədilən partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Report" xəbər verir ki, hadisə Əl-Karrada mərkəzi rayonunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Ölənlərin hamısı dinc sakinlərdirlər. Partlayışdan sonra yaxınlıqda olan onlarla maşın və mağaza yanmağa başlayıb.