Bağdadda bir neçə partlayış törədilib, 7 nəfər ölüb, 31 nəfər yaralanıb

Digər ölkələr
  • 07 noyabr, 2016
  • 07:44
Bağdadda bir neçə partlayış törədilib, 7 nəfər ölüb, 31 nəfər yaralanıb

Bakı. 7 noyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda bir neçə yerdə törədilən partlayışlar nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İraqın təhlükəsizlik qurumları məlumat yayıb.

Məlumata görə, partlayışlar Bağdadın Əl-Beyya, Əl-Hüseyniyyə, Əl-İskan və Bəsmaya rayonlarında törədilib.

Terror aktlarına görə, hələlik məsuliyyəti üzərinə götürən olmayıb. 

44 - Tezliklə