"BAE Systems"  Britaniya hökumətini müdafiə xərcləri planlarını dəqiqləşdirməyə çağırıb

Digər ölkələr
  • 19 fevral, 2026
  • 05:29
BAE Systems  Britaniya hökumətini müdafiə xərcləri planlarını dəqiqləşdirməyə çağırıb

Böyük Britaniyanın ən böyük müdafiə şirkəti olan "BAE Systems" silah istehsalını artırmağa hazırdır, lakin hökumətin maliyyələşdirmə ilə bağlı aydınlıq gətirməsini gözləyir.

"Report"un məlumatına görə, şirkətin baş direktoru Çarlz Vudbern bunu "The Daily Telegraph"a müsahibəsində bildirib.

"Aydındır ki, nəyin baş verə biləcəyi və ya baş verməyəcəyi barədə çoxlu fərziyələr var. Biz müdafiə investisiya planını və bu məsələyə aydınlıq gətirilməsini gözləyirik", - o deyib.

Vudbernin sözlərinə görə, raketlərin və ya dronların istehsalını bir il və ya bir il yarım ərzində ikiqat artırmaq nisbətən asandır, daha böyük layihələr isə xeyli uzun müddət tələb edir.

O izah edib ki, tələb olunan əhəmiyyətli infrastruktur investisiyaları nəzərə alınmaqla, sualtı qayıqların və ya freqatların inşası üç, dörd, bəlkə də beş il çəkə bilər.

"Amma ən vacib şey sifarişi təmin etmək və bunun nə demək olduğunu aydınlaşdırmaqdır. Bundan sonra istehsal gücünün genişləndirilməsində fəal şəkildə iştirak edə və investisiya qoya biləcəyik və bunu etməkdən məmnun olarıq", - şirkətin baş direktoru əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti