Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 77-ci sessiyasının açılışında iştirak edir

Digər ölkələr
  • 20 sentyabr, 2022
  • 13:52
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 77-ci sessiyasının açılışında iştirak edir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının açılış mərasimində iştirak edir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

“BMT üzləşdiyimiz çağırışların öhdəsindən gəlmək üçün mühüm platforma təqdim edir”, - paylaşımda deyilir.