Azərbaycan icması Lüksemburqda "Route du Vin" marafonunda iştirak edib

Digər ölkələr
  • 28 sentyabr, 2025
  • 19:21
Azərbaycan icması Lüksemburqda Route du Vin marafonunda iştirak edib

Azərbaycan icmasının nümayəndələri Lüksemburqda keçirilən ənənəvi "Route du Vin" ("Şərab yolu") marafonunda iştirak ediblər.

"Report"un Avropa bürosu Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinə istinadən xəbər verir ki, yarışa 27 nəfər, o cümlədən 6 uşaq qatılıb.

1962-ci ildən bəri hər il ənənəvi olaraq təşkil edilən tədbirdə azərbaycanlıların iştirakının təşəbbüskarı Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası (LuxAz) və Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyidir.

Hər il azı 2,5 min iştirakçı 21,098 km uzunluğunda yarımarafon məsafəsini qət edir. Marşrut Mözəl vadisinin füsunkar üzüm bağlarından keçir.

Azərbaycan icmasının bu kimi tədbirlərdə iştirakı ölkəmizin müsbət imicinin tanıdılmasına və digər xalqların nümayəndələri ilə əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Son xəbərlər

Bütün Xəbər Lenti