Avstriyada koronavirusdan ölüm və yoluxmanın sayı artdı

Digər ölkələr
  • 24 aprel, 2020
  • 10:14
Avstriyada koronavirusdan ölüm və yoluxmanın sayı artdı

Avstriyada koronavirusdan ölənlərin sayı 530-a çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Avstriya Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada daha 8 nəfər pandemiyanın qurbanı olub, 69 nəfər isə infeksiyaya yoluxub. 

Məlumata görə, koronavirusa yoluxanların sayı 15 071-ə çatıb.

Avstriyanın Səhiyyə Nazirliyi koronavirusla bağlı 212 686 test keçirib.

Aprelin 14-dən ölkə üzrə məhdudlaşdırıcı tədbir mərhələli şəkildə aradan qaldırılır. Sosial təcrid tədbiri aprelin sonunadək qüvvədə qalacaq. 

Mayın 1-dən etibarən bütün mağazalar və başqa xidmət sahələri fəaliyyətini bərpa edəcək. Restoranlar isə mayın 15-dən işləyəcəklər. 

Avstriyada kütləvi tədbirlər ən azı avqustun sonunadək qadağan olunacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 737 000-i ötüb. Bunların 751 830 nəfəri sağalıb, 191 423 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

44 - Tezliklə