Avstriya kansleri: Aİ Rusiyaya təzyiq göstərməyə davam edəcək

Digər ölkələr
  • 24 noyabr, 2025
  • 21:26
Avstriya kansleri: Aİ Rusiyaya təzyiq göstərməyə davam edəcək

"Avropa İttifaqı son günlər sülh səylərinin intensivləşməsi fonunda Rusiyaya təzyiq göstərməyə və Ukraynaya dəstək verməyə davam edəcək".

"Report"un məlumatına görə, bunu Avstriyanın kansleri Kristian Ştoker feysbuk səhifəsində yazıb.

"Mən bizi Ukraynada atəşkəsə və uzunmüddətli sülhə yaxınlaşdıran bütün təşəbbüsləri alqışlayıram. Son bir neçə gündə diplomatik səylərdə yeni dinamika yaranıb. Şübhəsiz ki, [Avropa] qitəmizdə təhlükəsizliyə gəldikdə, Ukrayna və Avropa İttifaqının danışıqlar masasında olması və fəal iştirakı vacibdir", - siyasətçi qeyd edib.

Xatırladaq ki, noyabrın 23-də ABŞ və Ukrayna Cenevrədə Vaşinqtonun sülh planı ilə bağlı məsləhətləşmələr aparıblar. ABŞ dövlət katibi Marko Rubio görüşü münaqişənin "ən məhsuldarı" adlandırıb. Daha sonra "Politico" mənbəyə istinadən danışıqların gərgin keçdiyini bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti