Avstriya Almaniyadan IRIS-T hava hücumundan müdafiə sistemləri alacaq

Digər ölkələr
  • 12 sentyabr, 2023
  • 23:43
Avstriya Almaniyadan IRIS-T hava hücumundan müdafiə sistemləri alacaq

Avstriya Avropanın “Sky Shield” hava hücumundan müdafiə sisteminin yaradılması çərçivəsində Almaniyadan 8 ədəd IRIS-T hava hücumundan müdafiə sistemini alacaq.

“Report” xəbər verir ki, bu barədə ORF portalı Avstriyanın müdafiə departamentinin rəhbəri Klaudiu Tannerə istinadən məlumat yayıb.

Bunların 4-ü 15 km-ə qədər məsafəyə, 4-ü isə 50 km-ə qədər məsafəyə malik müdafiə sistemləridir. Sistemdən istifadə qaydaları ilə bağlı təlim Almaniya ilə birgə keçiriləcək. İstehsalçı "Diehl" ilə satınalma danışıqları Almaniya hökuməti tərəfindən aparılacaq. Layihənin konkret dəyəri açıqlanmayıb.

Bundan əvvəl Estoniya və Latviya 400 milyon avroya Almaniyanın IRIS-T hava hücumundan müdafiə sistemlərinin alınmasına dair birgə müqavilə imzalayıb.