Avstraliyada təyyarə qəzası nəticəsində 3 nəfər ölüb
Digər ölkələr
- 11 oktyabr, 2025
- 06:25
Avstraliyanın şərq sahilində, Şellharbur hava limanı yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
"Report"un məlumatına görə, Yeni Cənubi Uels ştatının polisi 3 nəfərin öldüyünü bildirib.
Məlumata görə, qəza yerli vaxtla səhər saat 10:00 radələrində (Bakı vaxtı ilə saat 3:00) Şellharbur hava limanı yaxınlığında (Sidneydən 100 km cənubda yerləşir) baş verib.
"Yüngül təyyarənin qəzaya uğraması xəbərini aldıqdan sonra xilasetmə xidmətləri hadisə yerinə gəlib. Təyyarə hava limanından qalxdıqdan dərhal sonra yerə çırpılıb və zərbədən sonra alovlanıb", - polis bildirib və qəza nəticəsində 3 nəfərin həlak olduğunu açıqlayıb.
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
05:04
İranın Cask şəhərində yeni partlayış səsləri eşidilib
Region04:49
CNN: ABŞ hesab edir ki, İrana zərbələr Tehrana xəbərdarlıqdır
Digər ölkələr04:29
Kuba səfiri: Vaşinqton Havanaya təzyiq üçün sanksiyalardan istifadə edir
Digər ölkələr04:13
Kaya Kallas: İrlandiya Rusiyaya alüminium oksidin daşınmalarını araşdırır
Digər ölkələr03:36
ABŞ Konqresində UNO-lar barədə məlumat verənlərə toxunulmazlıq təklif olunur
Digər ölkələr03:08
Əraqçi: İranın Silahlı Qüvvələri ABŞ-nin hücumunu cavabsız qoymayacaq
Region02:54
Vens: ABŞ-İran sazişi bir neçə həftə və ya ay ərzində bağlana bilər
Digər ölkələr02:22
Britaniyada DİN-in düşmənçilik fəaliyyətinə qarşı mübarizə səlahiyyətləri genişləndirilir
Digər ölkələr01:45