Avstraliyada oteldə qaz sızması olub, onlarla insan zəhərlənib

Digər ölkələr
  • 19 sentyabr, 2018
  • 01:58
Avstraliyada oteldə qaz sızması olub, onlarla insan zəhərlənib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Sidneydə oteldə qaz sızmasından onlarla insan zəhərlənib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə "Pullman" otelində, Hayd park yaxınlığında baş verib.

Belə ki, zərərçəkənlər tənəffüs yollarının qıcıqlanmasından və göz yaşarmasından şikayət ediblər. Həkimlər oteldəki 36 nəfərə tibbi yardım göstəriblər. Onlardan 6-ı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənməyə səbəb otelin 22-ci mərtəbəsində qaz sızması olub.  

44 - Tezliklə