Avstraliyada iki təyyarə toqquşub, xəsarət alanlar var
Digər ölkələr
- 11 aprel, 2015
- 04:11
Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Avstraliyanın Melburn şəhərinin cənub-şərqindəki Murabbin qəsəbəsinin hava limanının uçuş-eniş zolağında iki yüngül motorlu təyyarə toqquşub.
"Report"un "TASS"a istinadən verdiyi məlumata görə, nəticədə təyyarənin göyərtəsində olan 5 nəfərdən üçü xəsarət alaraq xəstəxanaya çatdırılıb, iki nəfər isə ambulator yardım göstərilib.
Məlumata görə, təyyarələrdən biri havada olduğu zaman mühərrikində nasazlıq yarandığına görə yerə enmək istəyərkən uçuşa hazırlaşan digər təyyarə ilə toqquşub. Toqquşma nəticəsində hər iki hava gəmisinə ciddi ziyan dəyib.
Son xəbərlər
09:29
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə09:28
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
Energetika09:26
Avropa çempionatı: Azərbaycan millisi qrupda sonuncu oyununa çıxır
Komanda09:19
ADY genişmiqyaslı rəqəmsallaşdırmaya hazırlaşır
İKT09:08
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
Futbol09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.08.2026)
Maliyyə09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.08.2026)
Maliyyə08:46
Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb
Digər ölkələr08:19