Avstraliyada təlim zamanı bir hərbçi ölüb, daha iki nəfər xəsarət alıb

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 08:35
Avstraliyada təlim zamanı bir hərbçi ölüb, daha iki nəfər xəsarət alıb

Avstraliyanın şimal-şərqində ordu təlimi zamanı baş verən insident nəticəsində bir hərbçi ölüb, ikisi xəstəxanaya yerləşdirilib.

"Report"un məlumatına görə, bu barədə Baş nazirin müavini Riçard Marlz "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, bir avstraliyalı hərbçinin ölümü ilə nəticələnən insident Taunsvil yaxınlığındakı təlim zamanı baş verib. "Bu faciəvi itki bizim çiyinlərimizə çox ağırdır, lakin hər gün xalqımızı qoruyan hərbi qulluqçularımızın formalarını qürurla geyərkən üzləşdikləri riskləri dərk edirik", - Marlz yazıb.

Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, yaralılardan biri həyati təhlükəsi olan xəsarətlərlə xəstəxanaya aparılıb və sonra ölüb, digər ikisi isə kürək, döş qəfəsi və qarın nahiyələrindən xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Nazirlik şəxsi həyatın toxunulmazlığını əsas gətirərək hadisənin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Son xəbərlər

Bütün Xəbər Lenti