Avstraliya Rusiyanın yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq edib 

Digər ölkələr
  • 22 aprel, 2022
  • 05:54
Avstraliya Rusiyanın yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq edib 

Avstraliya 147 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir. 

Sanksiya siyahısına Rusiya Federal Məclisi Federasiya Şurasının 144 deputatı, Rusiya Prezidenti Vladimir Putinin qızı kimi təqdim olunan Mariya Voronsova və Katerina Tixanovanın, habelə Rusiyanın XİN başçısı Sergey Lavrovun qızı Yekaterina Vinokurovanın adları düşüb. 

Avstraliyanın xarici işlər naziri Maris Peynin sözlərinə görə, ölkəsinin bundan sonra Rusiyanın Ukraynaya qarşı işğalçı fəaliyyətinə görə məsuliyyət daşıyan şəxslərə qarşı məddudlaşdırıcı tədbirləri davam etdirəcək. O, Avstraliyanın indiyədək 750-dək rusiyalıya qarşı sanksiya tətbiq etdiyini bildirib.