Avstraliya polisi terror aktı planlaşdırdığı güman edilən 7 nəfəri həbs edib
- 19 dekabr, 2025
- 05:00
Avstraliya polisi Sidneyin cənub-qərbində terror aktı planlaşdırmaqda şübhəli bilinən 7 nəfəri həbs edib.
"Report" xəbər verir ki, bu barədə ABC radiosu Yeni Cənubi Uels Polis Departamentindəki mənbəyə istinadən məlumat yayıb.
Müstəntiqlər hesab ediblər ki, cümə axşamı həbs olunan və qonşu Viktoriya ştatından Sidneyə gələn şəxslər ekstremist ideologiyasını dəstəkləyir və zorakılıq aktı planlaşdırmış ola bilərlər.
Ştat polis komissarının müavini Devid Hudson bildirib ki, kişilərin axtarışı zamanı onların üzərində tapılan yeganə silah bıçaq olub:
"Bizim bəzi məlumatlarımız var ki, onlar Bondi çimərliyinə səfər etmək niyyətindədirlər. Odur ki, onları saxlamağa qərar verdik, çünki keçən bazar Sidneydə törədilən vəhşiliklərdən sonra heç bir riskə getməyəcəyik və onların nə edə biləcəyini gözləməyəcəyik".