Avstraliya ordusunda "M113" zirehli döyüş maşınlarının istifadəsi dayandırılıb

Digər ölkələr
  • 17 oktyabr, 2025
  • 07:59
Avstraliya ordusunda M113 zirehli döyüş maşınlarının istifadəsi dayandırılıb

Avstraliya Müdafiə Qüvvələrinin "M113" zirehli döyüş maşınlarından ibarət bölüyü təlim zamanı bir əsgərin ölümü ilə bağlı aparılan araşdırmaya görə xidmətdən çıxarılacaq.

"Report" xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və müdafiə naziri Riçard Marlz bildirib.

Onun sözlərinə görə, "M113" zirehli zirehli döyüş maşınlarından istifadə iki əsgərin yaralanması və bir əsgərin ölümü ilə nəticələnən qəzanın səbəbləri araşdırılana qədər dayandırılacaq:

"Nə baş verdiyini anlayana qədər bu, ağlabatan addımdır. Vaxt keçdikcə onlar hazırda istehsalda olan və 2027-ci ildə Avstraliya ordusuna təhvil veriləcək yeni "Redback" döyüş maşınları ilə əvəzlənəcək. Bununla belə, M113 bütün keçid dövründə xidmətini davam etdirəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti