Avropada təhlükəli "supergöbələk" yayılmağa başlayıb
Digər ölkələr
- 26 noyabr, 2025
- 05:17
Avropa ölkələrində müalicəyə son dərəcə davamlı olan və artıq "supergöbələk" adlandırılan təhlükəli "Trichophyton indotineae" göbələyi yayılır.
"Report" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mançester Universitetinin yoluxucu xəstəliklər üzrə eksperti Devid Denninqin sözlərinə görə, bu növ göbələk qırmızı, qaşınan səpgilərə səbəb olur. Onlar, əsasən, qasıq nahiyəsində, budlarda və ombada özünü göstərir.
Məqalədə qeyd olunub ki, son üç ildə Böyük Britaniyada "Trichophyton indotineae" ilə yoluxma halları, demək olar, 500% artıb. Göbələk birbaşa yoluxmuş şəxslə təmasda, çirklənmiş səthlər vasitəsilə və ya cinsi yolla yayılır.
Denninq əminliyini ifadə edib ki, göbələyin yayılması bütün dünyada böyük problemə çevriləcək.
Son xəbərlər
06:06
ABŞ Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcmini açıqlayıb
Digər ölkələr05:53
Foto
Azərbaycanla Meksika arasında mədəni əlaqələr müzakirə olunub
Xarici siyasət05:25
Yaponiyada şiddətli yağışlar nəticəsində azı beş nəfər ölüb
Digər ölkələr04:42
Bessent: ABŞ İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görəcək
Digər ölkələr04:25
Moskvada işsizlik səviyyəsi 70 % artıb
Region03:58
Media: CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb
Digər ölkələr03:20
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
Digər ölkələr02:38
Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır
Digər ölkələr02:09