Avropada "Patriot" sistemləri üçün raketlərə xidmət mərkəzi yaradılacaq
- 07 iyul, 2026
- 15:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşa, ABŞ, İsveç, Niderland və Almaniya Ankarada keçirilən NATO sammiti çərçivəsində Avropada "Patriot" hava hücumundan müdafiə sistemləri üçün PAC-3 raketlərinə texniki xidmət üzrə mərkəzin yaradılması haqqında saziş imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu qərar istehsal güclərini əhəmiyyətli dərəcədə artırmağa, eləcə də raketlərin istehsalını və servis xidmətini sürətləndirməyə imkan verəcək", - nazir vurğulayıb.
Onun sözlərinə görə, təşəbbüsün məqsədi təkcə müasir silahların alınmasından deyil, həm də Polşa tərəfinin iştirakı ilə onun istehsalının və s. Avropa ərazisində lokallaşdırılmasından ibarətdir.