Avropada "Oreşnik" tipli raketləri zərərsizləşdirmək üçün müdafiə sistemi yaradılacaq
- 14 iyul, 2026
- 18:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropanın "Thales", "Airbus Defence and Space", "Destinus", "MBDA Deutschland" və "Safran Electronics & Defense" müdafiə şirkətləri ilk suveren yüksək eşelonlu ballistik raketlərin atmosferdənkənar zərərsizləşdirilməsi sisteminin hazırlanması məqsədilə "Bliksem EXO" konsorsiumunun yaradılmasına dair niyyət məktubu imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə "Thales" şirkətinin rəsmi press-relizində bildirilib.
Sənəd Parisdə Avropa Antiballistik Koalisiyasının 1-ci iclası zamanı Niderlandın Baş naziri Rob Yettenin iştirakı ilə imzalanıb.
Qeyd olunub ki, "Bliksem EXO" sistemi orta və orta mənzildən uzaq ballistik raketlərin, o cümlədən ayrılan və manevr edən döyüş başlıqları ilə təchiz edilmiş "Oreşnik" tipli raket komplekslərinin atmosferdənkənar zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Raketlərin vurulması atmosferdən kənarda uçuş trayektoriyasının orta hissəsində partlayıcı döyüş başlığından istifadə olunmadan, birbaşa kinetik zərbə üsulu ilə həyata keçiriləcək.