Avropada hipersəs silahlarından müdafiənin prototipi yaradılacaq
Digər ölkələr
- 26 iyun, 2023
- 01:48
Raket sistemlərinin beynəlxalq istehsalçısı şirkəti MBDA Almaniya, Fransa, İtaliya və Niderlandın hakimiyyət orqanları ilə yaxın üç il ərzində hipersəs silahlarından müdafiə sisteminin prototipinin yaradılması barədə ilkin razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Telegraph" qəzeti məlumat yayıb.
Şirkətin icraçı direktoru Erik Beranje bildirib ki, layihə “Avropada suveren raket sistemləri sənayesinin güclənməsinə töhfə verəcək”, həmçinin qitə sənayesinin rəqabət qabiliyyətini artıracaq.
Beranje hipersəs sahəsində texnologiyaların inkişaf etdiyinə də diqqət çəkib.
"MBDA innovasiyaların önündə qalmaq və Avropanı hipersəs təhlükələrinin qarşısını almaq üçün ən effektiv həll yoluna yönəltmək istəyir", - o deyib.
Son xəbərlər
14:03
İsrail və Yunanıstan 3 milyard avroluq müdafiə sazişi imzalayıb
Digər ölkələr14:00
Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıb
Hadisə13:42
Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib
Digər ölkələr13:37
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
Xarici siyasət13:36
Azərbaycan Basketbol Federasiyası məşqçilər üçün seminar və imtahan təşkil edəcək
Komanda13:30
Əli Əsədov Oljas Bektenovu təbrik edib
Xarici siyasət13:29
STAR NEZ Türkiyədə neft koksu istehsalının həcmini açıqlayıb
Energetika13:27
Kaxaber Sxadadze "Qəbələ"nin baş məşqçi postundan gedib
Futbol13:26