"Avropa üçlüyü" ABŞ ilə birlikdə İrana dair qətnamə layihəsini AEBA-ya təqdim edib

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 08:38
Avropa üçlüyü ABŞ ilə birlikdə İrana dair qətnamə layihəsini AEBA-ya təqdim edib

Böyük Britaniya, Almaniya, Fransa və ABŞ çərşənbə axşamı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İdarə Heyətinə İranın nüvə obyektlərinə, zənginləşdirilmiş uran ehtiyatlarına giriş tələb edən qətnamə layihəsi təqdim ediblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, layihə çox güman ki, noyabrın 19-da qəbul ediləcək.

Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə müvafiq infrastruktura hücumlar səbəbindən uranın zənginləşdirilmədiyini bildirib.

G7 üzv dövlətləri noyabrın 13-də Kanadanın Ontario şəhərində keçirilən görüşdən sonra İranı nüvə proqramı ilə bağlı ABŞ ilə birbaşa danışıqlara çağıran birgə bəyanat yayıblar.

İranın Xarici İşlər Nazirliyi bildirib ki, G7 ölkələrinin ABŞ və İsrailin böhranın şiddətlənməsindəki rolunu qeydə almadan Tehrandan AEBA ilə əməkdaşlığı xahiş etməsi ikiüzlülükdür, xüsusən Avropa ölkələrinin BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpası üçün hərəkətləri, İranın nüvə proqramının nizamlanması üçün Birgə Hərtərəfli Fəaliyyət Planının mübahisələrin həlli mexanizmindən sui-istifadəsi nəzərə alınmaqla.

Son xəbərlər

Bütün Xəbər Lenti