Avropa Parlamenti macar deputatların toxunulmazlığını ləğv etməkdən imtina edib
- 07 oktyabr, 2025
- 16:15

Avropa parlamentariləri Macarıstanın hüquq-mühafizə orqanlarının deputatlar Peter Madar və İlaria Salis və Klara Dobrevin toxunulmazlığının ləğv edilməsi ilə bağlı sorğusunu rədd ediblər.
"Report"un Avropa bürosunun Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasından verdiyi məlumata görə, beləliklə, deputatlar toxunulmazlıq və məhkəmə təqibindən müdafiəni saxlayıblar.
"Tisa" partiyasına rəhbərlik edən P.Madar, bir zamanlar Baş nazir Viktor Orbanın tərəfdarı olub. Lakin hazırda 2026-cı ildə keçiriləcək seçkilərdə onun ən əsas rəqiblərindən biridir.
P.Madarla bağlı sorğular gecə klubunda telefon oğurluğu və böhtan iddiaları ilə əlaqədar idi.
İ.Salisin 2023-cü ildə Budapeştdə ifrat sağçı nümayişçilərə hücumda ittiham olunması ilə bağlı səsvermə isə olduqca gərgin keçib.