Avropa Parlamenti Aİ-nin müdafiə sənayesi proqramını qəbul edib
- 25 noyabr, 2025
- 18:13
Avropa Parlamenti Avropa İttifaqının (Aİ) tarixində ilk müdafiə sənayesi proqramını (EDIP) qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsi Strasburqda keçirilən plenar sessiyada qəbul edilib. Sənədi 457 deputat dəstəkləyib, 148 nəfər əleyhinə səs verib, 33 parlament üzvü isə bitərəf qalıb.
"Avropa müdafiə sənayesi proqramı müdafiə sahəsində tədarükə və Avropanın müdafiə potensialının gücləndirilməsinə daha səmərəli, sürətli və əsl Avropa yanaşmasına doğru atılan mühüm addımdır", - Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Tsimmerman bildirib.
Sənədə əsasən, proqramın büdcəsi 1,5 milyard avro təşkil edəcək. Bunun 300 milyon avrosu Ukraynanın dəstəklənməsinə yönəldiləcək.