Avropa liderləri ABŞ ilə ticarət müharibəsi riski barədə xəbərdarlıq edirlər
Digər ölkələr
- 03 fevral, 2025
- 11:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa liderləri ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından (Aİ) olan mallara rüsumları artırmaq təhdidi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas deyib.
Ali nümayəndənin sözlərinə görə, onlar bunun Atlantikanın hər iki tərəfində iqtisadi zərərə səbəb olacaq ticarət müharibəsinə gətirib çıxara biləcəyini bildiriblər.
K.Kallas qeyd edib ki, əgər ABŞ və Avropa ticarət müharibəsinə başlasalar, "Çin gülümsəyəcək".
"Biz bir-birimizə çox bağlıyıq. ABŞ bizə ehtiyac duyduğu kimi, o da bizə lazımdır", - o, Brüsseldə Aİ liderlərinin qeyri-rəsmi görüşündən əvvəl çıxışında vurğulayıb.
Son xəbərlər
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region
20:55
Foto
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
Media