Avropa Komissiyası miqrantlarla bağlı gərginliyi şərh etməkdən imtina edib

Digər ölkələr
  • 11 avqust, 2026
  • 17:05
Avropa Komissiyası miqrantlarla bağlı gərginliyi şərh etməkdən imtina edib

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) yeni paktı çərçivəsində sığınacaq axtaranların geri qaytarılması ilə bağlı İtaliya və Almaniya arasındakı mübahisəni şərh etməkdən imtina edib.

"Report"un Avropa bürosunun verdiyi məlumata görə, Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye Brüsseldə keçirilən brifinqdə bildirib ki, AK yeni qaydaların reallaşdırılması ilə bağlı Avropa İttifaqının bütün ölkələri ilə əlaqə saxlayır.

Münaqişə Romanın Dublin sazişinə əsasən miqrantları (Almaniyada müraciət edən, lakin Aİ-yə ilk dəfə İtaliya vasitəsilə daxil olanları) qəbul etməkdən imtina etməsi səbəbindən yaranıb. Bundan başqa, İtaliya ümumi miqrant sayından dənizdə Almaniya QHT-lərinin gəmiləri tərəfindən xilas edilərək ölkəyə gətirilən miqrantların sayını çıxmağı təklif edib.

Mersye İtaliyadan belə bir sorğunun daxil olduğunu təsdiqləməyib və ona hüquqi qiymət verməyib. O, yalnız qeyd edib ki, AK bütün Aİ ölkələri ilə sıx əlaqədədir və Miqrasiya Paktına riayət olunmasını izləməyə davam edəcək.