Avropa Komissiyası PUA ilə mübarizə üçün 130 milyon avro ayırır

Digər ölkələr
  • 05 oktyabr, 2026
  • 19:13
Avropa Komissiyası PUA ilə mübarizə üçün 130 milyon avro ayırır

Avropa Komissiyası (AK) sərhəd təhlükəsizliyinin artırılması çərçivəsində Avropa İttifaqına (Aİ) üzv dövlətlərin pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə sistemlərini gücləndirməsi üçün əlavə 130 milyon avro ayırır.

Bu barədə "Report" AK-ya istinadən xəbər verir.

"AK Sərhədlərin İdarə Edilməsi və Viza Siyasəti üzrə Maliyyə Dəstəyi Aləti (BMVI) çərçivəsində əlavə 130 milyon avro ayıraraq, pilotsuz uçuş aparatları əleyhinə mübarizə sahəsində üzv dövlətlərə dəstəyini gücləndirir", - bəyanatda bildirilib.

Sənədə əsasən, bu tədbir Aİ-nin sərhəd müşahidə sistemlərinin təkmilləşdirilməsi və yaranan təhlükəsizlik təhdidlərinə reaksiyanın səmərəliliyinin artırılması istiqamətindəki səylərinin bir hissəsidir.

Daha əvvəl AK bu məqsədlərə, eləcə də Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) və üzv dövlətlərin ehtiyacları üçün kəşfiyyat pilotsuz uçuş aparatlarının və əlaqədar avadanlıqların alınmasına 419 milyon avro ayırıb.

44 - Tezliklə