Avropa Komissiyası "McDonald`s"da vergilərin ödənilməməsi ilə bağlı yoxlamaya başlayıb

Digər ölkələr
  • 03 dekabr, 2015
  • 21:09
Avropa Komissiyası McDonald`sda vergilərin ödənilməməsi ilə bağlı yoxlamaya başlayıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Avropa Komissiyası Lüksemburqda "fast food" qidalanma üzrə xidmət göstərən "McDonald`s" restoranlar şəbəkəsində yoxlamalara başlayıb.

"Report" "Qazeta.Ru"ya istanadən xəbər verir ki, "McDonald`s" vergidən yayınmaqda şübhəli bilinir.

AK "McDonald`s"ın Lüksemburqla vergi razılaşması nəticəsində müəyyən üstünlüklər qazana biləcəyini ehtimal edir. Amma Avropa İttifaqı qaydalarına görə, hansısa şirkət hansısa dövlət tərəfindən yardım ala bilməz.