Avropa Komissiyası hərbi çeviklik üzrə paketi təsdiqləyib, Aİ-ni "Hərbi Şengen"ə yaxınlaşdırıb

Digər ölkələr
  • 19 noyabr, 2025
  • 17:37
Avropa Komissiyası hərbi çeviklik üzrə paketi təsdiqləyib, Aİ-ni Hərbi Şengenə yaxınlaşdırıb

Avropa Komissiyası (AK) ilə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Xidməti bu gün hərbi çevikliyin ön plana çıxarıldığı müdafiə hazırlığı paketini təsdiqləyib.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Henna Virkunen bugünkü kollegiya iclasının yekunları üzrə Brüsseldə bəyan edib.

Onun sözlərinə görə, bu paket Avropada qoşunların, avadanlıqların və hərbi aktivlərin sürətli və maneəsiz yerdəyişməsini təmin etməyə yönəlib.

H.Virkunen əlavə edib ki, AK Avropa müdafiə sənayesini gücləndirməyi hədəfləyir.

"2027-ci ilə qədər ümumAvropa hərbi çeviklik məkanının yaradılması planlaşdırılır ki, bu da qoşunların və hərbi avadanlıqların qitə boyunca yerdəyişməsini daha sürətli, təhlükəsiz və daha koordinasiyalı edəcək", - o bildirib.

"Bu, ittifaqı "Hərbi Şengen"ə bir addım da yaxınlaşdırır", - H.Virkunen vurğulayıb.

Hərbi çeviklik proqramına əsasən, sülh dövründə sərhədlərarası daşımaların prosesi maksimum 3 gün ərzində təşkil edilməlidir; Aİ-yə üzv 27 ölkənin hamısında icazələrin alınması üçün vahid prosedur yaradılmalı və hərbi daşımalar üçün sadələşdirilmiş gömrük qaydaları təmin edilməlidir.

Kollegiyanın yekunları üzrə materiallarda qeyd olunur ki, Avropa Komissiyası hərbi çeviklik haqqında yeni reqlamenti adi qanunvericilik proseduru çərçivəsində qəbul edilməsi üçün Avropa İtttifaqı Şurasına və Avropa parlamentinə təqdim edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti