Avropa Komissiyası 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro ayırmağı planlaşdırır

Digər ölkələr
  • 03 dekabr, 2025
  • 16:55
Avropa Komissiyası 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro ayırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro verməyi planlaşdırır.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bu gün Avropa Komissiyasının kollegiyasının iclasının yekunları üzrə mətbuat konfransında bildirib.

Bildirilib ki, bu da ölkənin maliyyə ehtiyaclarının 2/3 hissəsini təmin edəcək.

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ukraynanın növbəti iki il üçün maliyyə ehtiyacları 135 milyard avro məbləğində qiymətləndirilir.

"Birinci qərar - Aİ-nin borc almasıdır. Bu, əsasən, Avropa İttifaqının büdcəsini zəmanət kimi istifadə edərək kapital bazarlarından vəsaitlərin cəlb edilməsi və daha sonra bu vəsaitlərin kredit şəklində Ukraynaya verilməsindən ibarətdir", - Lyayen bildirib.

O qeyd edib ki, ikinci qərar təzminat krediti adlanan qərardır ki, bu da Aİ-də demobilizasiya olunmuş Rusiya aktivlərindən qalan vəsaitlərdən istifadəni nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti