Avropa İttifaqı ilə Mercosur arasında sazişin imzalanması baş tutmayıb

Digər ölkələr
  • 19 dekabr, 2025
  • 02:29
Avropa İttifaqı ilə Mercosur arasında sazişin imzalanması baş tutmayıb

Avropa İttifaqının Cənubi Amerika bloku Braziliya, Argentina, Uruqvay və Paraqvay ilə şənbə gününə planlaşdırılan azad ticarət sazişinin imzalanması 2026-cı ilə qədər təxirə salınıb.

"Report"un Avropa Bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib.

Diplomatik mənbələr bildirib ki, buna səbəb fermerlərin etirazları deyil, iki Avropa İttifaqı ölkəsinin sazişlə bağlı qərarla razılaşmaması olub. Bu ölkələrin adları çəkilməyib, lakin məlumdur ki, bu müqavilənin ən ciddi əleyhdarları həmişə Polşa və Fransa olub.

taliyanın Baş naziri Corcia Meloni bir gün əvvəl bloka sədrlik edən Braziliya ilə imzalanmanın təxirə salınması ehtimalı ilə bağlı razılığa gəldiyini açıqlamışdı. Bu, İtaliyanın kənd təsərrüfatı sektorunu razılaşma ilə yanaşı mühafizə mexanizmlərinin də işə salınacağına inandırmaq üçün lazımdır.

Aİ Şurası daha əvvəl Parlamentlə Aİ fermerləri üçün əlavə qorunma mexanizmləri ilə bağlı razılığa gəlib və imzalanması üçün yaşıl işıq yandırıb. Bu təxirə salınmanın nəticəsi qeyri-müəyyən olaraq qalır.

Digər ölkələrdən idxal olunan kənd təsərrüfatı məhsullarından əhəmiyyətli dərəcədə subsidiyalar və müdafiə alan avropalı fermerlər Mercosur istehsalçılarının AB bazarını ucuz mal və quş əti ilə dolduracağından qorxurlar.

Son xəbərlər

Bütün Xəbər Lenti