Avropa İttifaqına giriş bağlana bilər

Digər ölkələr
  • 16 mart, 2020
  • 17:10
Avropa İttifaqına giriş bağlana bilər

Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrə girişləri 30 gün müddətinə bağlamağı təklif edib.

“Report” xəbər verir ki, bu barədə AK prezidenti Ursula von der Leyen “Twitter” hesabından bildirib.

Qeyd edək ki, Almaniya, Avstriya, Belçika, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İtaliya, İspaniya, İsveç, İsveçrə, Latviya, Lixtenşteyn, Litva, Luksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan Şengen sazişinin iştirakçısıdır.