ATƏT-in əməkdaşı Ukraynada həlak olub
Digər ölkələr
- 03 mart, 2022
- 01:04
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (XMM) əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.
“Report” xəbər verir ki, bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb.
“Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb”, - ATƏT-in bəyanatında deyilir.
Qeyd edək ki, ötən gün Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşının həlak olduğunu bildirib.
"ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır", - deputat sosial şəbəkədəki hesabında yazıb.
Son xəbərlər
06:21
AP: Nigerdə qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib
Digər ölkələr05:48
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
Digər ölkələr05:15
"Mançester Siti" Qakponun "Liverpul"dan transferi üçün 99 milyon avro təklif etməyə hazırdır
Futbol04:40
Stubb: Çin Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsinə yol verməyəcəyini bəyan edib
Digər ölkələr04:06
Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb
Region03:44
Odessada valideynlərini öldürüb qardaşını yaralayan şəxs intihar edib
Digər ölkələr03:30
Şimali Koreyanın müdafiə naziri istefaya göndərilib
Digər ölkələr03:12
Qəribabadi: Heç bir gəmi İranla koordinasiyasız Hörmüz boğazından keçə bilməz
Region02:38