Arxeoloqlar Peruda ən qədim astronomik quruluşu aşkar ediblər

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 04:19
Arxeoloqlar Peruda ən qədim astronomik quruluşu aşkar ediblər

Perudakı arxeoloqlar Amerika qitəsində Günəş və Ayı müşahidə etmək üçün istifadə edilən ən qədim astronomik quruluşu aşkar ediblər.

"Report"un məlumatına görə, bu barədə "Andina" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Peru arxeoloqları Ankaş bölgəsinin sahilində yerləşən arxeoastronomik kompleksdə Amerika qitəsində ən qədim hesab edilən məşhur Şankilo Günəş Rəsədxanasından (e.ə. 250-ci ildə tikilib) 1000 il yaşlı astronomik struktur aşkar ediblər.

Arxeoloq İvan Gessi hesab edir ki, bu dəyərli kəşf alimlərə İspaniyadan əvvəlki Peruda astronomiyanın inkişafı ilə bağlı anlayışlarını yenidən nəzərdən keçirməyə imkan verəcək:

"Elə strukturlar var ki, onlar Çanquillodan daha əvvəl astronomik funksiyaya malikdirlər. Onlar daş, gil və bişməmiş kərpicdən istifadə etməklə unikal tikinti üsullarını nümayiş etdirirlər", - deyə tədqiqatçı bildirib. Bu sistem təkcə Günəşin hərəkətini deyil, həm də Ay hadisələrini qeydə alıb.

Son xəbərlər

Bütün Xəbər Lenti