Argentinada baş verən qarşıdurmalarda 100-ə yaxın şəxs yaralanıb
- 21 iyun, 2023
- 04:38
Argentinanın şimalındakı Jujuy əyalətində baş verən qarşıdurmalarda 60-dan çox polis əməkdaşı olmaqla, 100-ə yaxın şəxs yaralanıb.
“Report” xəbər verir ki, bu barədə regionun hökuməti məlumat yayıb.
Səhiyyə Nazirliyi bildirib ki, bu gün San Salvador de Jujuy şəhərində baş verən hadisələr nəticəsində təcili yardım xidmətlərinin əməkdaşları 66 polisi olmaqla 96 nəfərə tibbi yardım göstərib.
Qarşıdurmalar bir qrup etirazçının bölgənin yeni konstitusiyasının qəbulu mərasiminə müdaxilə etmək üçün əyalət qanunvericilik orqanının binasına soxulmalarından sonra başlayıb.
Düzəlişlərin əleyhdarları hesab edirlər ki, yeni konstitusiya sakinlərin sosial hüquqlarını məhdudlaşdırır.
Yolların bağlanması səbəbindən hava limanı işlərini dayandırmağa məcbur olub. İğtişaşlarda iştirak etdiyinə görə 58 nəfər saxlanılıb.