Argentinada avtobus körpüdən aşıb, azı 9 nəfər ölüb
Digər ölkələr
- 26 oktyabr, 2025
- 21:47
Argentinanın şimal-şərqində avtobusun körpüdən dərəyə aşması nəticəsində azı 9 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə "TN" telekanalı məlumat yayıb.
Avtobus əks istiqamətdə hərəkət edən minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sərnişin daşıyan nəqliyyat vasitəsi qoruyucu barmaqlıqdan aşıb və körpüdən dərəyə düşüb.
Səkkiz sərnişin və sürücü hadisə yerində həlak olub, 29 nəfər isə xəstəxanalara çatdırılıb.
Avtobus Obera şəhərindən Misiones əyalətində yerləşən Puerto-İquasu şəhərinə gedirmiş. Qəza zamanı magistral yolda sıx duman olub.
Son xəbərlər
09:20
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.08.2026)
Maliyyə09:15
Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir
Futbol09:12
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 329-a çatıb
Digər ölkələr09:08
Xəzər dənizində zəlzələ olub
Hadisə08:56
İlk dəfə Rusiyanın "OZON" şirkətinin anbarına hücum edilib
Region08:46
Xorvatiyada təyyarə qəzasında iki nəfər ölüb
Digər ölkələr08:23
"Formula 1" Qətər və BƏƏ-də yarışların keçirilməsi ilə bağlı qərarı sentyabrda açıqlayacaq
Digər ölkələr07:45
Tunis sahillərində qayıq aşıb, 10-dan çox şəxs itkin düşüb
Digər ölkələr07:22