​Argentina Suriyadan daha çox qaçqın qəbul etməyə hazır olduğunu bildirib

Digər ölkələr
  • 04 sentyabr, 2015
  • 19:48
​Argentina Suriyadan daha çox qaçqın qəbul etməyə hazır olduğunu bildirib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Argentinanın Nazirlər Kabinetinin rəhbəri Anibal Fernandes bəyan edib ki, ölkəsi Suriyadan daha çox qaçqın qəbul etməyə hazırdır.

"Report" BBC-yə istinadən xəbər verir ki, hökumət cümə günü elan olunduğu kimi, ötən ildən fəaliyyət göstərən proqram üzrə suriyalılar üçün giriş şərtlərini asanlaşdıracaq.

Fernandesin sözlərinə görə, Argentina milli adət-ənənəyə uyğun olaraq humanitar böhran nəticələrindən xilas olmağa çalışan hər kəsə yardım göstərir.

BMT-nin məlumatına görə, Suriyada vətəndaş müharibəsi başlayan vaxtadan ölkəni 4 milyondan çox insan tərk edib.

44 - Tezliklə