Argentina neft şirkətlərini Malvin adaları yaxınlığında qanunsuz hasilatda ittiham edib
- 08 sentyabr, 2026
- 06:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentina Xarici İşlər Nazirliyi Buenos-Ayresin icazəsi olmadan Malvin (Folklend) adaları yaxınlığında yataqların işlənməsinə görə "Navitas Petroleum" və "Eco (Atlantic) Oil & Gas" şirkətlərinə qarşı cinayət işi başlanması üçün şikayət təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə Argentina Prezidenti Xavyer Mileyin administrasiyası məlumat yayıb.
Məlumata görə, xarici işlər, beynəlxalq ticarət və dini məsələlər naziri Pablo Kirno "Navitas Petroleum Development & Production Ltd.", "Navitas Petroleum Atlantic United", "Navitas Petroleum LP", "JHI Associates Inc." və "Eco (Atlantic) Oil & Gas" şirkətləri ilə bağlı cinayət şikayəti təqdim edəcək.
Argentina XİN-in mövqeyinə görə, şirkətlər ölkə qanunvericiliyini pozaraq Şimali Malvin hövzəsində karbohidrogenlərin kəşfiyyatı və hasilatı üçün "Böyük Britaniyanın qeyri-legitim hökuməti" tərəfindən verilmiş lisenziyaları əldə ediblər.
Argentina hökuməti yalnız şirkətlərin özlərinə deyil, onların səhmdarlarına qarşı da məhkəməyə müraciət etməyi planlaşdırır.