Argentina BMT-nin Livandakı sülhməramlı missiyasından hərbçilərini geri çağırıb

Digər ölkələr
  • 19 noyabr, 2024
  • 19:43
Argentina BMT-nin Livandakı sülhməramlı missiyasından hərbçilərini geri çağırıb

Argentina BMT-nin Livandakı sülhməramlı missiyasından dörd hərbçisini geri çağırıb.

"Report" xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Jan-Pyer Lakrua jurnalistlər üçün brifinqdə bildirib.

"Belə bir qərar qəbul etmək hər bir üzv dövlətin səlahiyyətindədir", - o, deyibş

Qeyd edək ki, Argentina donor ölkələr arasında sülhməramlı missiyadan hərbçilərini geri çağıran ilk ölkə olub. Bu qərar İsrailin Livandakı əməliyyatı fonunda qəbul edilib.

44 - Tezliklə