Aralıq dənizində qaçqınları daşıyan gəmi batıb, 126 nəfər ölüb

Digər ölkələr
  • 20 iyun, 2017
  • 05:57
Aralıq dənizində qaçqınları daşıyan gəmi batıb, 126 nəfər ölüb

Bakı. 20 iyun. REPORT.AZ/ Aralıq dənizinin Liviya sahillərində içərisində 126 qaçqın olan gəmi batıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Flavio Di Cakomo “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, miqrantları daşıyan gəminin batması haqda məlumat əldə ediblər. 

İnformasiyaya əsasən, gəmini insan alveri ilə məşğul olan cinayətkar qrup qaçırıb. Daha sonra gəmi batıb.