Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq

Digər ölkələr
  • 27 iyun, 2024
  • 16:44
Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq

BMT-də veto hüququ mexanizmi heç bir halda aradan qalxmayacaq.

"Report" xəbər verir ki, bunu TASS-a müsahibəsində BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Veto mexanizmi heç bir halda aradan qalxmayacaq, ancaq Təhlükəsizlik Şurası ilə Baş Assambleya arasında münasibətlərdə müəyyən irəliləyiş var”, - o bildirib.

A.Quterreş qeyd edib ki, veto qoyarkən Baş Assambleya Təhlükəsizlik Şurasından izahat alır: "Hesab edirəm ki, Şuranın iş metodlarının təkmilləşdirilə bilən aspektləri var. Bundan əlavə, onun effektivliyini artırmaq və legitimliyini gücləndirmək vacibdir".