Anjey Dudaya Polşa prezidenti vəsiqəsi təqdim olunub
Digər ölkələr
- 29 may, 2015
- 12:06
Bakı. 29 may. REPORT.AZ/ Polşanın Dövlət Seçki Komissiyası Anjey Dudaya prezident vəsiqəsini təqdim edib.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Xəbərə görə, vəsiqənin təqdim edilməsi mərasimi ölkə paytaxı Varşavada Polşa kralının yay iqamətgahı olmuş Vilyanuvsk sarayında keçirilib.
Vəsiqə təqdim edildikdən sonra Anjey Duda ölkənin rəsmi seçilmiş prezidenti sayılır. Andiçmə mərasimi isə bu il avqustun 6-da keçiriləcək.
Qeyd edək ki, bu il mayın 24-də keçirilən prezident seçkisinin ikinci turunda Anjey Dudaya seçicilərin 51,55 faizi, yaxud 8 milyon 630 nəfər səs verib. Onun rəqibi, artıq keçmiş prezident Bronislav Komorovski isə səslərin 48,45%-ni toplayıb. Seçkidə seçicilərin 55,34%-i iştirak edib
Son xəbərlər
23:56
Britaniyada təyyarə aviaşou zamanı qəzaya uğrayıb
Digər ölkələr23:28
Sülh Şurası Qəzzada münaqişənin həlli üçün şərtlər təklif edib
Digər ölkələr23:02
Foto
DSX: Abbasəli Novruzovun uzun və şərəfli xidmət yolu ehtiramla xatırlanacaq
Hərbi23:00
Premyer Liqa: İlk turda "Zirə" "Şəfa"nı məğlub edib
Futbol22:49
Tbilisi dolama yolunun Azərbaycan istiqamətində hissəsi üzrə tenderin müddəti uzadılıb
Region22:35
Media: İran ABŞ əsgərlərini izləmək üçün fitnes tətbiqindən istifadə edə bilər
Region22:13
Fransada Vergi Xidmətinə kiberhücumdan sonra Böhran Qrupu toplanır
Digər ölkələr21:52
Türkiyə hərbçiləri Rumıniyada NATO-nun hava və raketdən müdafiə təliminə qatılıb
Region21:27